🚚 Bakı daxili 100 AZN və üzəri sifarişlərdə pulsuz çatdırılma
Life-Sport
Ana səhifə/Blog/Fitnes & Məşq/Zala yeni başlayanlar üçün idman qidası: nə lazımdır, nə lazım deyil

Zala yeni başlayanlar üçün idman qidası: nə lazımdır, nə lazım deyil

Life-Sport
9 oktyabr 2026
3 dəq oxuma
Zala yeni başlayanlar üçün idman qidası: nə lazımdır, nə lazım deyil

Qısa cavab: ilk 3–6 ay üçün iki məhsul kifayətdir: whey protein və kreatin monohidrat. Bu ikisi ayda təxminən 110–170 ₼ edir. Amin turşuları, yağ yandırıcılar və «test busterlər» bu mərhələdə pulunuzu boşa xərcləyir.

Bunu satıcı kimi deyirik və bilirik ki, qəribə səslənir. Amma yeni başlayan insanın nəticəsinin 90%-i məşqdən, yuxudan və yeməkdən gəlir. Qutular qalan 10%-dir.

1. Whey protein: zülal çatmırsa

Gündəlik zülal ehtiyacınızı hesablayın (təxminən 1,4–2,0 q/kq, hesablama burada). Yeməklə çatmırsınızsa, gündə bir porsiya protein boşluğu bağlayır.

2. Kreatin: güc və dözümlülük üçün

Ən çox tədqiq olunmuş və ən ucuz işləyən əlavədir. Gündə 3–5 q. Olimp Creatine Monohydrate 250 q 55 ₼-dır və 50 gün çatır. Life-Sport-da son iki ildə ən çox satılan məhsul da budur.

Aylıq büdcə

MəhsulAylıq xərc (təxmini)
Whey protein, gündə 1 porsiya78–135 ₼
Kreatin, gündə 5 q33 ₼
Cəm≈110–170 ₼

Ən ucuz variant: BlueLab 2000 q (ayda ≈78 ₼) + Olimp kreatin (ayda ≈33 ₼) = ayda təxminən 111 ₼.

Nəyi hələ almayın

  • BCAA və amin turşuları. Zülalınız kifayət edirsə, əlavə fayda azdır. Səbəbi bu yazıda.
  • Yağ yandırıcılar. Kalori çatışmazlığı olmadan heç biri işləmir. Olduqda isə onsuz da arıqlayırsınız.
  • Geyner. Yalnız çəki yığa bilmirsinizsə. Kimə lazım olduğunu burada yazmışıq.
  • Pre-workout. İlk aylarda motivasiya onsuz da yüksəkdir. Kofein lazımdırsa, bir fincan kofe kifayətdir.

Nə vaxt əlavə etmək olar?

6 aydan sonra, məşq və yemək rejimi oturuşanda. Məsələn, axşam məşq edirsinizsə və yuxunuz pisdirsə, ZMA və ya maqnezium. Az balıq yeyirsinizsə, omega-3. Hər əlavəni bir-bir başlayın, əks halda nəyin işlədiyini bilməyəcəksiniz.

Bir də şeyker

Protein üçün şeyker lazımdır, qaşıqla stəkanda qarışdırmaq topa-topa olur. Sadə şeyker 700 ml 8 ₼-dır.

Tez-tez verilən suallar

Proteini zala başlayan kimi içmək olarmı?

Olar. Protein yeməkdir, dərman deyil. Sadəcə gündəlik zülal ehtiyacınıza baxın: yeməklə çatırsınızsa, ehtiyac yoxdur.

17–18 yaşında kreatin və protein içmək olarmı?

Protein yeməkdir və yaşa görə qadağası yoxdur. Kreatin yeniyetmələrdə də öyrənilib, amma 18 yaşdan aşağıdırsa, valideyn və həkimlə danışmaq düzgündür.

Bütün bunları haradan almaq olar?

Onlayn sifariş edin, Bakı və Abşerona 24–48 saata çatdırılır. Və ya filiallarımızdan birinə gəlin: satıcılar dad və qablaşdırma seçməyə kömək edəcək.