🚚 Bakı daxili 100 AZN və üzəri sifarişlərdə pulsuz çatdırılma
Life-Sport

Məxfilik Siyasəti

1. Topladığımız məlumatlar

Hesab və sifariş məlumatları. Ad, soyad, telefon nömrəsi, e-poçt ünvanı, çatdırılma ünvanları, sifariş tarixçəsi, bonus balansı və istifadə etdiyiniz kuponlar. Qonaq kimi sifariş verəndə ad, telefon və ünvan yalnız həmin sifariş üçün saxlanılır.

Ödəniş. Kart məlumatlarınızı biz görmürük və saxlamırıq. Kartla ödəniş bankın (Kapital Bank, Azericard) öz təhlükəsiz səhifəsində aparılır. Bizə yalnız ödənişin nəticəsi və bankın əməliyyat nömrəsi gəlir.

Sağlamlıq məlumatları (yalnız mobil tətbiqdə və yalnız icazənizlə). Apple Sağlamlıq və ya Health Connect-ə qoşulsanız, tətbiq çəkinizi, aktiv kalorini və məşqlərinizi yalnız oxuyur. Bu məlumatlar cihazınızda göstərilir. Serverimizə yalnız «hədəfi yenilə» seçdikdə çəkiniz profilinizə yazılır. Profildə özünüz daxil etdiyiniz bədən ölçüləri (boy, çəki) də saxlanılır. Tətbiq Sağlamlıq tətbiqinə heç nə yazmır. Sağlamlıq məlumatları reklam və marketinq üçün istifadə olunmur və üçüncü tərəfə verilmir.

Yer (yalnız icazənizlə və yalnız təxmini). «Mağazalar» bölməsində ən yaxın mağaza cihazınızın özündə hesablanır. AI köməkçidən ən yaxın mağazanı soruşduqda təxmini yeriniz həmin sorğu ilə göndərilir, yalnız məsafəni hesablamaq üçün istifadə olunur və saxlanılmır. Dəqiq yer və arxa fonda yer istifadə edilmir.

Kamera və şəkillər. Şəkillə məhsul axtarışında çəkdiyiniz və ya seçdiyiniz şəkil uyğun məhsulu tapmaq üçün emal olunur. Məhsul rəyinə əlavə etdiyiniz şəkillər rəylə birlikdə dərc olunur. Yükləmə zamanı şəklin daxili metaməlumatı, o cümlədən GPS koordinatları silinir.

Yazdığınız məzmun. Məhsul rəyləri və sualları, dəstək müraciətləri və AI köməkçi ilə yazışmalar.

Tətbiq və saytdan istifadə. Razılıq verdiyiniz halda baxdığınız səhifələr, axtarış sorğuları və səbət hərəkətləri kimi davranış məlumatları toplanır. Bunlar satışı və axtarışı yaxşılaşdırmaq üçün istifadə olunur. Razılığı istənilən vaxt tətbiqin və saytın parametrlərindən geri ala bilərsiniz.

Cihaz məlumatları. Push bildirişi göndərmək üçün cihaz tokeni; hesab təhlükəsizliyi üçün cihaz modeli, əməliyyat sistemi və tətbiq versiyası («yeni cihazdan giriş» xəbərdarlığı və aktiv sessiyalar siyahısı).

2. Məlumatlardan necə istifadə edirik

  • sifarişləri qəbul etmək, ödənişi təsdiqləmək və çatdırmaq;
  • hesabınıza girişi (SMS kodu, şifrə, Apple ilə giriş) və hesabın təhlükəsizliyini təmin etmək;
  • sifariş vəziyyəti və dəstək cavabları, razılığınız olduqda isə kampaniyalar barədə bildiriş göndərmək;
  • bonus və kuponları hesablamaq;
  • qida gündəliyi və porsiya kalkulyatoru kimi tətbiq funksiyalarını təqdim etmək;
  • axtarışı, tövsiyələri və xidmətin işini yaxşılaşdırmaq;
  • qanunvericiliyin tələb etdiyi uçot və saxlama öhdəliklərini yerinə yetirmək.

Biz məlumatlarınızı satmırıq. Tətbiqdə üçüncü tərəf reklam izləməsi yoxdur.

3. Məlumatı kimlərlə paylaşırıq

Məlumat yalnız xidmətin işləməsi üçün lazım olan həcmdə ötürülür:

  • Kapital Bank və Azericard — kartla ödəniş üçün sifariş nömrəsi və məbləğ;
  • SMS xidməti təminatçısı — giriş kodunu göndərmək üçün telefon nömrəsi;
  • Google Firebase — push bildirişləri üçün cihaz tokeni;
  • OpenAI — AI köməkçi, şəkillə axtarış və mətn tərcüməsi üçün yazışma mətni və axtarış şəkli (adınız və hesab məlumatlarınız ötürülmür);
  • Apple — «Apple ilə giriş» seçdikdə Apple-ın verdiyi identifikator və icazə versəniz e-poçt;
  • kuryer və çatdırılma xidməti — çatdırılma üçün ad, telefon və ünvan;
  • Cloudflare — saytın təhlükəsiz və sürətli çatdırılması üçün texniki bağlantı məlumatı;
  • Google Analytics, Meta Pixel və Microsoft Clarity — yalnız saytda və yalnız razılığınızla, statistika üçün davranış məlumatları.

Qanunvericiliklə tələb olunduqda (məsələn, məhkəmə qərarı əsasında) məlumat səlahiyyətli dövlət orqanlarına təqdim edilə bilər.

4. Saxlama müddəti

  • Hesab məlumatları hesabınız aktiv olduğu müddətdə saxlanılır.
  • Sifariş və ödəniş qeydləri mühasibat və vergi qanunvericiliyinin tələb etdiyi müddət ərzində saxlanılır.
  • Davranış məlumatları təhlil üçün lazım olan müddətdən sonra silinir və ya anonimləşdirilir.
  • SMS giriş kodu 5 dəqiqə, şifrə bərpası linki 60 dəqiqə etibarlıdır.

5. Hüquqlarınız

Məlumatlarınızın surətini almaq, onları düzəltmək, silinməsini tələb etmək və marketinq razılığını geri götürmək hüququnuz var. Profil məlumatlarını tətbiqdə və saytda özünüz dəyişə bilərsiniz. Digər sorğular üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edin.

6. Hesabın silinməsi

Tətbiqdə: Profil → «Profili redaktə et» → səhifənin sonunda «Hesabı sil». Təsdiqdən sonra hesab dərhal bağlanır; profil məlumatları, ünvanlar, sevimlilər, cihaz tokenləri və aktiv girişlər silinir.

Tətbiqə daxil ola bilmirsinizsə: hesabınızda qeyd olunan e-poçt ünvanından [email protected] ünvanına «Hesabımı silin» mövzusunda yazın və ya 050 540 09 04 nömrəsinə zəng edin. Kimliyiniz təsdiqləndikdən sonra sorğu 30 gün ərzində icra olunur.

Qanunla saxlanılması tələb olunan sifariş və ödəniş qeydləri hesab silindikdən sonra da həmin müddət ərzində saxlanılır, lakin şəxsiyyətinizlə əlaqələndirilmir.

7. Uşaqlar

Xidmətimiz 16 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb və biz bilərəkdən onların məlumatlarını toplamırıq.

8. Təhlükəsizlik

Bütün bağlantılar şifrələnir (HTTPS). Şifrələr geri çevrilməyən şəkildə saxlanılır. Mobil tətbiqdə giriş açarı cihazın təhlükəsiz yaddaşında (iOS Keychain, Android Keystore) saxlanılır. Hesabınız üçün iki mərhələli doğrulamanı aktivləşdirə bilərsiniz.

9. Dəyişikliklər

Siyasət dəyişdikdə yeni versiya bu səhifədə dərc olunur. Əhəmiyyətli dəyişikliklər barədə tətbiqdə və ya e-poçt vasitəsilə məlumat veririk.

10. Əlaqə

Life-Sport Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 99 E-poçt: [email protected] Telefon: 050 540 09 04