🚚 Bakı daxili 100 AZN və üzəri sifarişlərdə pulsuz çatdırılma
Life-Sport

Whey protein

Whey protein haqqında

Whey (zərdab) protein südün zərdabından alınır və ən çox istifadə olunan protein növüdür: tez həzm olunur, tərkibində bütün əvəzolunmaz amin turşuları, o cümlədən əzələ bərpasında rolu olan leysin var. Ona görə məşqdən sonra və ya səhər yeməyinə əlavə kimi qəbul edilir.

Bu bölmədə Weider, USN və digər brendlərin whey konsentratları və whey əsaslı kompleksləri var — kiçik sınaq qablaşdırmasından 2 kq-dan böyük bankalara qədər. Konsentrat izolyata nisbətən bir qədər çox karbohidrat və laktoza saxlayır, amma qiyməti daha əlverişlidir. Laktozaya həssaslığınız varsa «İzolyat» bölməsinə baxın.