Ətraflı Məlumat
Olimp Gold-VIT B Forte - orqanizmdə biokimyəvi proseslərin getməsi üçün zəruri olan B qrup vitamin kompleksindən ibarət tablet şəklində qida əlavəsidir.
B2, niasin və biotin - sinir sisteminin normal fəaliyyətinə kömək edir, eləcə də dərinin keyfiyyətinə müsbət təsir göstərir.
Bundan başqa, biotin orqanizmdə maddələr mübadiləsinin normal getməsinə kömək edir.
Vitamin B6 və B12 - qırmızı qan hüceyrələrinin normal formalaşmasına kömək edir.
Fol turşusu - normal qan yaranmada, eləcə də, intensiv fiziki yüklənmələr zamanı həlledici əhəmiyyətə malik olan aminturşuların normal sintezində iştirak edir.