FLEX XPLODE, 504 QR

  • Mövcudluq: Anbarda
  • Brend: Olimp Sport Nutrition
₼98.00

Bu məhsul üçün maksimum 10 sifariş verilə bilər.

Məhsul Haqqında

Flex Power aktiv, intensiv bir həyat tərzinə dəyər verən və oynaqlarının sağlamlığını qoruyub saxlamaq istəyən insanlara həsr edilmişdir.

Flex Power Xplode, ən yüksək keyfiyyətli aktiv maddələrin seçimi, araşdırma və çoxsaylı laboratoriya testləri sayəsində hətta ən tələbkar istehlakçıları belə qane edəcəkdir.

Bu qida əlavəsi, oynaq qığırdağının müvafiq funksiyasını yerinə yetirməsini təmin edir.

Yaralanma, kontuziya (zədə) və hətta əməliyyatlardan sonra daha sürətli bərpaya imkan yaradır. Uzun sözün qısası, oynaq, qığırdaq və bağlarınızı qoruyan bir qalxan rolunu oynayır.

Flex Power-in ən yüksək keyfiyyəti, onun çox güclü olmasıdır. Tərkibindəki standartlaşdırılmış aktiv inqridiyentlər misilsiz aktiv maddələrin kombinasiyası və çox ləzzətli dadı ilə onu seçənləri heyran qoyacaqdır.

Hər bir Flex Power seriyası, mövcud nizamnamələrə uyğun olaraq mikrobioloji və fiziki – kimyəvi çirklənmə baxımından sınaqdan keçirilir. Beləliklə, siz də sağlamlığınızı etibarlı bir müttəfiqə əmanət edə bilərsiniz.

Tərkibindəki komponentlər:

Power Kollagen Formulu:

Hidrolizə olunmuş kollagenin I tip və II tip olmaqla 2 formulunun birləşməsi, oynaqların, oynaq kapsullarının, qığırdaqların, vətərlərin, bağların və sümük toxumasının hərtərəfli bir şəkildə yenidən quruluşunu dəstəkləyir.

Regenerasiya ( yenilənmə) formulu:

Metilsulfonilmetan (MSM): epiteliya toxuması, birləşdirici əzələ toxuması və qığırdağın bərpa proseslərini və sümük bərpasının intensivləşməsinə təsir edir. Eyni zamanda iltihabın əlamətlərini azaldır.

Vitamin və minerallar:

  • Kalsium
  • D3 vitamini
  • Maqnezium
  • C vitamini PureWay – C
  • Hialuron turşusu
  • Boswellia serrata ekstraktı

Bu komponentlərin hər biri, qığırdağın funksiyasını düzgün yerinə yetirməsi üçün çox vacibdir. Bu xüsusilə də fiziki olaraq aktiv və dözümlülük tələb edən idman növləri ilə həm professional, həm də həvəskar olaraq məşğul olan insanlar üçün tövsiyə olunur.

 

 

Köməkçi maddələr: I tip kollagen hidrolizatı, turşuluq tənzimləyiciləri - limon turşusu, natrium sitratlar; metilsülfonilmetan (MSM), aromatizatorlar, qlükozamin sulfat 2KCl (xərçəngkimilərdən), ayırıcı - silisium dioksid; kalsium karbonat, II tip kollagen hidrolizatı, xondroitin sulfat, mikrokapsullu L-askorbin turşusu (PureWay-C ™) - Bosvelliya ekstraktı, qatran ekstraktı (Roxb. Ex Colebr.), Maqnezium oksid, dadlandırıcılar - asesulfam K, sukraloza; natrium hialuronat, xolekalsiferol - vit. D3, rəngləndiricilər: karotenlər (A), karmin (B), riboflavinlər (C), E 150c (D), E 150d (E), E 133 (F), mavi patentli V (G), indigo karmin (H), xlorofilllər və xlorofillinlər (I), kurkumin (J), antosiyaninlər (K), qırmızı bibər ekstraktı (L), betanin (M), bitki karbonu (N).
 

 Qida məlumatı  1 porsiya 14,4 qr
 Kollagen I növ hidrolizat 10 000 mq
 Kollagen II növ hidrolizat 250 mq
 Metilsulfonilmetan (MSM) 750 mq
 Qlükozamin sulfat 2 KCl
 bunlardan: qlükozamin
500 mq
295 mq
 Xondroitin sulfat
bunlardan: xondroitin
150 mq
135 mq
 Vit. C (PureWay-C®) 108 mq (135%*)
 Kalsium 120 mq (15%*)
 Boswellia serrata ekstraktı
 bunlardan: boswellia turşusu (60%)
100 mq
60 mq
 Maqnezium 57 mq (15%*)
 Hialuron turşusu 20 mq
 Vit. D3 15 mkq (300%*)

*Qida dəyəri

Tövsiyə olunan istifadə qaydası:  200 ml suya 1 porsiya (14,4 qr toz = 2 ölçü qaşığı) əlavə edib qarışdırın. Gündə 1 porsiya yeməklər arası qəbul edin. Tövsiyə olunan gündəlik dozanı aşmayın.

Birgə Tövsiyyə Olunanlar

Hamısını Gör