Qeyner nədir? Necə və nə zaman istifadə olunur? Çəki artıran proteinlər hansılardır?

Geyner nedir

Günümüzdə insanların gündəlik qida ehtiyaclarını qarşılamaq üçün çox az vaxtları olur. Səhər işə gec olduğumuz üçün yemək yemədən evdən çıxırıq, nahar fasiləsində imkan tapıb nahar edə bilmirik, bu və ya buna bənzər hallar həyatımızın reallığına çevrilib. Yəqin ki, bu məsələdə mənimlə razılaşırsınız:) Nəticədə çəkisi normadan az insanlar da çəki artırmaq istəklərinə çata bilmirlər. Ancaq nə qədər az zamanımız olsa da, çəkimizin normal olması, özgüvənimizin artmasında mühüm rol oynayır.

Təbii ki, çəki artırmağın asan yolları var!

Tez-tez rastlaşdığımız sual isə: 

Çəkimi necə artıra bilərəm?

- Əlbəttə ki, qeyner ilə

 

 

Qeyner nədir?

Qeyner təbii qida əlavəsi olub, çəki artıran protein tozudur. Çəki artırmaq üçün lazım olan protein, yağ, karbohidrat, mineral, vitamin, amino və müxtəlif qida əlavələrindən ibarət yüksək kalorili protein tozudur. Qeynerin tərkibində proteinin miqdarı Whey proteinin tərkibindəki proteindən az ola bilər, amma karbohidrat və yağ səviyyəsi mütləqdir ki, daha yüksək olmalıdır. Bu yüksək karbohidrat miqdarı, kalori miqdarını artırmaq üçün çox vacibdir. Hal-hazırda idman qidaları bazarında fərqli miqdarda kalorisi olan müxtəlif növ qeynerlər var. Hər porsiyasında daha az şəkər və daha yüksək miqdarda karbohidratdan ibarət qeyner seçə bilərsiniz.

Qeynerin faydaları:

1. Zəngin karbohidrat

Qeynerlərin tərkibi karbohidratlarla zəngindir. Bu karbohidratlar sizi məşq boyunca enerji ilə təmin edəcəkdir.

2. Yüksək keyfiyyətli Whey protein

Qeyner əzələ inkişafını təmin edən yüksək keyfiyyətli Whey protein tərkiblidir.

3. Əzələ böyüməsi və bərpası

Qeyner həmçinin əzələ böyüməsini və bərpasını təmin edir. Əgər siz daimi olaraq, idmanla məşğul olursunuzsa, bu zaman əzələ inkişafı və bərpası üçün çox vacibdir.

4. Vitamin və mineralların qarışığı

Qeyner bədəninizin sağlam və fit qalması üçün vacib qida qaynağı olan müxtəlif vitamin və mineralların qarışığıdır.

5. Zəngin lif 

Qeynerin tərkibindəki liflər sizi şişkinliklərdən uzaqlaşdırır və həzmi yaxşılaşdırır. Bu isə sağlam və fit görünüşə nail olmaq üçün əla bir yoldur.

Qeyner istifadəsi

Qeyner istifadəsi üçün ən uyğun zaman səhər saatlarıdır. Əlavə olaraq, çox kalori sərf etdiyimiz ağır məşqlərdən sonra da 1 porsiya qeyner məqsədə uyğundur.

Diqqət: Hədəflədiyiniz çəkiyə çatmaq çox yaxşı şeydir, amma bir şeyi unutmayın. Məşq eləmədən qeynerin qəbulu ilə siz sadəcə çəki artıracaqsınız. Əgər siz eyni zamanda fit bədən və heyranedici əzələ kütləsi istəyirsinizsə, onda mütləq yaxşı bir məşq proqramı tərtib edin. Nəzərinizə çatdırmaq istəyirəm ki, çəki artırmaq üçün qidalanma vacibdir, hər 2-3 saatdan bir nəsə yeyin. Beləliklə, sağlam və davamlı çəki artımı üçün, təbii qida əlavələri ilə yanaşı, məşq proqramına da sahib olmalısınız.