Protein nədir? Protein faydaları, zərərləri və protein tərkibli qidalar
Protein nədir?
Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. Protein, karbon, hidrogen, azot, oksigen və kükürd kimi təbii birləşmələrdən ibarət amin turşulardan əmələ gəlir. Amin turşular proteinlərin, proteinlər isə əzələ kütləsinin qurucu daşlarıdır.
Protein orqanizmdə parçalandığı zaman əzələ kütləsinə enerji verir. Bundan əlavə, protein uzun müddətli toxluq yaradır.
Protein tərkibli qidalar hansılardır?
Toyuq sinəsi : 100 qramda 30 qram protein
Balıqlar (ton, somon və s.): 100 qramda 26 qram protein
Az yağlı mal əti: 100 qramda 36 qram protein
Lobya: 100 qramda 17 qram protein
Yumurta: 100 qramda 13 qram protein
Qatıq (Süd, Soya Südü): 100 qramda 6 qram protein
Fındıq (fındıq, fıstıq, badam, balqabaq toxumu): 100 qramda 33 qram protein
Banan: 100 qramda 1,2 qram protein
Kəpəkli çörək: 100 qramda 11 qram protein q
Brokoli: 100 qramda 4.2 qram protein
Quzu əti: 100 qramda 19.9 qram protein
Tam yağlı süd : 100 qramda 3.3 qram protein
Makaron: 100 qramda 12,5 qram protein
Noxud: 100 qramda 5.9 qram protein
Yulaf: 100 qramda 11 qram protein
Proteini toz şəklində "buradan" da ala bilərsiniz.
Protein faydaları:
1. Protein tozu əzələ itkisinin qarşısını alır
Məşq və qeyri-məşq günlərində müəyyən bir miqdarda protein qəbulu vacibdir. Bu miqdarı qram olaraq belə izah edə bilərik. İdmanla məşğul olan şəxslər gündəlik öz çəkilərinin 2 qatı qədər, adi həyat tərzi sürən insanlar isə öz çəkiləri qədər protein qəbul etməlidir. (Məs; idmanla məşğul olan 80 kq-lıq adam gün ərzində 160q protein qəbul etməlidir)
2. Protein əzələ inkişafını təmin edir.
Əgər yetərli miqdarda protein qəbul etmirsinizsə, onda bədəninizdə yeni əzələ toxumasının əmələ gəlməsini gözləməyin.
3. Protein məşqdən sonra zədələnmiş əzələləri bərpa edir.
Məşqdən 1-1,5 saat öncə içdiyiniz protein, əzələlərinizi qoruyur və məşq zamanı əmələ gələ biləcək əzələ zədələnməsinin qarşısını alır. Məşqdən sonra içdiyiniz protein isə bədəninizdəki amin turşu depolarını dəstəkləyərək, əzələ bərpasına kömək edir.
4. Protein sümükləri gücləndirir
İnsanların əksəriyyəti gün ərzində kifayət qədər kalsium qəbul edə bilmirlər. Kalsium əzələlərin sıxılmasında mühüm rol oynayır. Belə ki, kalsium səviyyəsi aşağı olan şəxslərin xəyallarındakı əzələlərə sahib olması demək olar ki, mümkün deyil. Əgər kalsiumu kənardan qida əlavəsi kimi qəbul etmirsinizsə, onda 1 ölçü qaşığı proteində gündəlik kalsium dozasının 20%-i olduğunu bildirmək istərik:)
Proteini nə vaxt qəbul etməli?
Məşqdən sonra protein qəbulu ən uyğun vaxt hesab olunur, çünki bu zaman əzələlərimizin ən çox proteinə ehtiyac duyduğu bir vaxtdır. Məşq bitdikdən 30 dəqiqə ərzində soyuq və ya az yağlı südlə qarışdırılmış 1 porsiya protein, amin turşuları qan axını vasitəsilə əzələ toxumalarına gətirib çıxaracaq, bu da öz növbəsində əzələlərin bərpasını və inkişafını sürətləndirəcək.
Proteini başqa vaxtlarda da məs. səhər yuxudan qalxan kimi və ya yemək yeməyə vaxtınızın olmadığı bir zamanda qəbul edə bilərsiniz.