İdman qidalari, idman qidalari haqqında bilmədiklərimiz
İdman qidalari nədir?
İdmana yeni başlayanlar və ya uzun müddət idmanla məşğul olanlar
Hər kəsi eyni suallar narahat edir. İdman qidalarını nə zaman istifadə etməliyik? Necə istifadə etməliyik? Məşqdən öncə? Məşqdən sonra? Yazmazdan öncə? Yatmazdan sonra?
Hörmətli oxucumuz, idman qidaları sizin gündəlik qidalanmanızda yaranan boşluğu doldurmağınız üçün olan qida əlavələridir.
Məsələn, siz gündəlik protein ehtiyacınızı tamamlaya bilmirsinizsə, (çox hallarda bunu tamamlaya bilmirik, çünki hər gün qırmızı ət, balıq, toyuq, yumurta yesək, cibimizdə pul qalmaz. Yəqin bizimlə razılaşırsınız:)) bunu bir formada protein tozu ilə tamamlamalıyıq.
İdmana yeni başalayanların bizə ən çox ünvanladıqları sual: İdmana yeni başlamışam, protein, bcaa amino qəbul etməliyəm?
Dostlar ilk öncə vurğulayaq ki, bizim gündəlik qəbulu vacib olan kalori miqdarı var. Bu kalori miqdarı da öz növbəsində 2 hissəyə ayrılır.
- Makro qidalar: protein, karbohidrat və yağ
- Mikro qidalar: vitamin və minerallar
Məsələn, qırmızı ət istehlak etmiriksə, onda kreatin qəbulu mütləqdir. Çox tez-tez kardio ilə məşğul olan şəxslərdə burun axması müşahidə olunur. Bunun səbəbi, kardio məşqlərində orqanizm gücdən düşür və yuxarı tənəffüs yollarında problem yaranır. Bunun qarşısını almaq üçün, axşam yatmazdan öncə qlutamin qəbul edə bilərsiniz. Qlutamin əzələ bərpasını sürətləndirir və immuniteti gücləndirir.
İdman qidaları zərərlidirmi?
İdman qidaları haqqında məlumatı olmayan insanlar bunların zərərli olduğunu düşünür, amma idman qidalarının zərərlə heç bir əlaqəsi yoxdur. Bu məhsulların həh biri yediyimiz qidalardan alınmışdır. Hətta nə qədər yaxşı qidalansanız belə bəzi qidalar pəhrizinizdə əksik qala bilər. Bu qida əalvələrinin məqsədi bu əksikləri doldurmaqdır. Uzun sözün qısası, yediyimiz qidalar nə qədər zərərlidirsə, idman qidaları da o qədər zərəlidir. Amma bir şeyi də qeyd edim ki, bu idman qidaları bazarında, saxta qidalar da var ki, onların tərkibində zərərli maddələr var və onlar orqanizm üçün çox zərərlidir. Buna görə də bu idman qidalarını alarkən güvənli və etibarlı yerlərdən orijinal idman qidaları əldə etməyə çalışın.
Ən yaxşı idman qidaları!
Bəs ən effektiv idman qidaları hansılardır?
Kreatin
Kreatin ağırlıq qaldırma məşqlərində, güləş və s. kimi idman növləri ilə məşğul olanlar üçün enerji istifadəsində rol oynayır. Araşdırmalara əsasən, tempi aşağı, tez yorulan idmançılar üçün performansı artıran qida əlavəsi məhz kreatindir.
ZMA (sink və maqnezium)
ZMA metabolik proseslərdə əsas rol oynayan sink və maqneziumdan ibarətdir. Bu mineralların orqanizmdə çatışmazlıqlarının əlamətləri:
- Cinsi istəyin azlığı,
- Saç tökülməsi,
- Dırnaqlarda ağ ləkələr,
- Testosteron səviyyəsinin aşağı düşməsi
Omega 3 balıq yağı
Ümumilikdə pəhrizimizdə omega-6 faizi , omega-3 faizindən çoxdur. Üstəlik məşq edib, heyvansal qidalar istehlak edənlərdə omega-3 faizi çox aşağı olur. Bu da bir çox problemlərə səbəb ola bilər. Əgər sağlamlığınıza fikir verirsinizsə, orqanizminizi yeniləmək istəyirsinizsə, omega-3 qəbulu zəruridir. Balıq yağı orqanizm üçün çox vacib qida əlavəsidir.
BCAA ( amin turşular)
Məşqdən aldığınız nəticənin maksimum olmasını və bərpa prosesini sürətləndirmək istəyirsinizsə, bu zaman qəbul edəcəyininz məhsul BCAA-dır. Bundan əlavə qaçış, üzgüçülük və velosiped kimi intensiv idman növlərində BCAA performansını artıracaqdır.
Protein tozu
Whey protein əzələ inkişafı və artımı üçün ən vacib qida əlavəsidir. Əzələ inkişafı üçün protein şərtdir! Bu da son sözümüzdür:)