BCAA nədir? BCAA faydaları nələrdir? Bcaa nə zaman istifadə olunmalıdır?
BCAA nədir?
İnsan orqanizmində protein sintezini təmin edən 20 fərqli amino var. Bunlardan 9-u əvəzolunmaz amin turşulardır, yəni bu amin turşular orqanizm tərəfindən sintez olunmur, onları yalnız yediyimiz qidalardan əldə edə bilərik.
BCAA da 3 əsas amin turşudan ibarətdir: leysin, izoleysin və valin.
BCAA yağsız əzələ kütləsini və performansı artırmaq istəyən idmançılar tərəfindən əzələ inkişafını təmin etmək, əzələ yorğunluğunu azaltmaq, əzələ ağrılarını yüngülləşdirmək və əzələləri bərpa etmək üçün istifadə olunur.
BCAA’lar əzələ proteinlərinin 1/3-dən ibarətdir və məşq zamanı əzələlərdən amin turşuların itkisinin qarşısını alaraq, orqanizmin daha yaxşı protein sintez etməsini təmin edirlər.
Yediyimiz hansı qidaların tərkibində BCAA var?
BCAA yumurta, ət və süd məhsullarında mövcuddur. Bu qidaların tərkibi proteinlə zəngindir. Həmçinin BCAA’nı toz halında da “buradan” əldə edə bilərsiniz.
BCAA faydaları:
1. BCAA yorğunluğu azaldır.
Məşq zamanı BCAA istifadəsi fiziki və zehni yorğunluğu aradan qaldırır.
2. BCAA istifadəsi əzələ ağrılarını azaldır.
BCAA, məşqdən sonra katabolik prosesləri azaldaraq əzələlərinizdə daha az ağrı hiss etməyinizə kömək edir. Həmçinin, BCAA əzələ bərpasını sürətləndirir və əzələ zədələnməsinin qarşısını alır.
3. BCAA əzələ kütləsini artırır.
Adətən insanlar BCAA qida əlavələrini əzələ kütləsini artırmaq üçün alırlar. Araşdırmalar, BCAA’nın əzələ artımına təsir etdiyini sübut etmişdir, xüsusilə də izoleysin və valinə nisbətdə leysinin miqdarının çox olduğu əlavələrdə daha effektiv nəticə alındığı göstərilmişdir.
4. BCAA arıqlamağa kömək edir.
BCAA artıq çəkinin yaranmasının qarşısını almaqla yanaşı, yağ itkisini də təmin edir.
Beləliklə, arıqlamaq istəyirsinizsə, BCAA orqanizminizin istənməyən yağlardan daha effektiv bir şəkildə xilas olmanıza kömək edəcək.
BCAA nə zaman istifadə olunur?
BCAA istifadəsi üçün ən uyğun zaman gün ərzində 2-3 dəfə olmaqla səhər yuxudan qalxan kimi, məşqdən öncə, məşq zamanı və ya məşqdən sonra 1 porsiya qəbul olunur.
Protein sintezini artırmaq və əzələ bərpasını təmin etmək üçün məşq olmayan günlər də BCAA isitfadə edə bilərsiniz. Sizə uyğun dozanı gün ərzində fərqli zamanlara bölərək məs. səhər yeməyində, günorta və yatmazdan öncə qəbul edə bilərsiniz.
BCAA istifadəsi zamanı bir neçə şeyə diqqət edin. BCAA asan həll olunan qida əlavəsi deyil. Elə buna görə də BCAA’nı daha çox miqdarda maye ilə qarışdırın. Dadının yaxşı olması üçün meyvə şirəsində qarışdıra bilərsiniz. Şeyker ilə qarışdırsanız, daha asan həll olunar.
Tövsiyə olunan BCAA dozası
70 kilo və daha az çəkili adamlar – gündəlik 10 q BCAA
70 kilo və daha çox çəkili adamlar – gündəlik 15 q BCAA istifadəsi nəzərdə tutulur.