🚚 Bakı daxili 100 AZN və üzəri sifarişlərdə pulsuz çatdırılma
Life-Sport

İzolyat haqqında

Whey izolyat əlavə süzülmədən keçmiş zərdab proteinidir: zülal payı daha yüksəkdir, yağ, karbohidrat və laktoza isə minimuma endirilib. Ona görə quruma dövründə, kalorini dəqiq sayanlar və laktozanı pis həzm edənlər üçün uyğun seçimdir. Tez sorulduğu üçün məşqdən dərhal sonra qəbul edilir.

Kataloqda Olimp Pure Whey Isolate 95, USN IsoPro və şəffaf, şirə kimi içilən Olimp Clear Whey Isolate var. Porsiyadakı zülal miqdarı, dadlar və qablaşdırma həcmi məhsul səhifələrində göstərilib.