Life-Sport.az

GLUCOSAMINE PLUS, 60 KAPSUL

Mövcudluq: Anbarda
Məhsul Kodu:



Olimp Glucosamine plus zədələnmiş qığırdaq quruluşlarını bərpa etməyə kömək edir və sinovial maye miqdarını artırır, bu da əzələ-skelet sisteminin hissələri arasında sürtünməni azaldır və oynaqların eroziyasına maneə törədir. Xüsusilə vacib olan bu maddələri yaşlı idmançılar lazımi miqdarda qəbul etməlidir, çünki yaşlı adamlarda, bədənin tərkibində xondroitin və qlükozamin miqdarının azalması, dağıdıcı proseslərin və ağrı reaksiyalarının inkişafına gətirib çıxarır.

Xondroitin və qlükozamin, qığırdaq toxumasının mayeyə daha yaxşı sovrulmasına kömək edir, qidalandırıcı maddələr toxumaya daxil olur və bu da qığırdaq toxumasının yumşalmasını təmin edir. Bundan əlavə, onlar köhnə qığırdağın erkən dağılmasına maneə olur və yeni sağlam qığırdaq toxumasının əmələ gəlməsində iştirak edirlər.

Qlükozamin həmçinin  kükürdün assimilyasiyasında iştirak edir, kollagenin formalaşması və xondroitin sulfatın istehsalı üçün lazımlıdır. Bundan əlavə, bəzi antioksidant effektlərə malikdir və ağrıları, şişkinliyi və həssaslığı azaldır məhv edilmiş və bərkidilmiş oynaqları bərpa edir və qığırdaq toxumasını yumşaldır.

Tərkibi:

67,7% qlükozamin sulfat 2KCl, 10,2% xondroitin sulfat,  mikrokristallik sellüloza, maqnezium stearat, 0,6% L-askorbin turşusu - vit. C, kapsul(jelatin, boya: E 171)

                  Tərkibi

 2 kapsulda

 Qlükozamin sulfat 2KCl   1 333.3 mq
 Qlükozamin sulfat     1 000 mq
 Xondroitin sulfat         200 mq
 Vitamin С          12 mq

İstifadəsinə dair göstərişlər:

1 kapsul gündə 2 dəfə yemək vaxtı, bol miqdarda su ilə qəbul edin. Müalicə kursu 6-8 həftə təşkil edir.

 

Tövsiyə olunan dozanı aşmayın.