Life-Sport.az

MELASPREY - Sürətli və effektiv təsirə malik yuxugətirici və sakitləşdirici sprey

Yuxuya getməkdə çətinlik çəkirsən?


MELASPREY ;

  • Yuxunu normallaşdırmağa kömək edir,
  • Yuxuya getməni tezləşdirir (müddəti qısaldır),
  • Dərin və effektiv yuxu təmin edir,
  • Sakitləşdirici təsir göstərir,
  • Asılılıq yaratmır.

Melaspreyin tərkibi, normal yuxunu təmin edən melatonin, passiflora və qlisindən ibarətdir. 

Melatonin – baş beyində yerləşən epifiz vəzinin hormonudur və triptofan aminturşusundan sintez olunur. Melatonin yuxuya getmək üçün lazım olan vaxtı qısaldır, həmçinin, jetlaq sindromunun – aviauçuşlar zamanı saat qurşağının sürətlə dəyişməsi nəticəsində yaranan yorğunluq, yuxusuzluq, baş ağrısı, iştahın itməsi  və s. bu kimi subyektiv diskomfort 
əlamətləri aradan qaldırır.
Passiflora ekstraktı – tərkibindəki  viteksinlə zəngin flavonoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin funksiyasına müsbət təsir göstərir.
Qlisin – neyrometobolik və neyroprotektordur. Yuxu pozğunluğu, sinir oyanıqlığı və xroniki yorğunluq sindromu kimi halları aradan qaldırır.

  Tərkibi

   hər 1 püskürmə  

         (0.125 ml)

 Melatonin               1 mq
 Qlisin           50 mq
 Passiflora ekstraktı                40 mq


İstifadə qaydası: 18 yaşdan yuxarı 1 püskürmə gündə 1 dəfə tövsiyə edilir. 
Buraxılış forması: 10 ml oral sprey, plastik flakonda təlimat vərəqi ilə birgə karton qutuda qablaşdırılıb.
Əks göstərişlər: Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.
Saxlanma şəraiti: 25ºC- dən yüksək olmayan temperaturda, quru, istilik və işıqdan uzaq yerdə saxlayın.