Geri qaytarılma şərtləri

1. Məhsulları və ya Qida əlavələrini təqdim etdiyimiz vaxtdan 3 gün və ya 72 saat ərzində çek və ya faktura əsasında qeyd edildiyi ünvana geri qaytara bilərsiniz.

Diqqət: Bunun üçün alıcı tərəfindən məhsula və ya məhsullara heç bir kənar müdaxilə edilməməlidir. Təqdim etdiyimiz məhsullar qida əlavələri olduğu üçün xüsusi saxlanma şəraiti tələb edir. Təmsil etdiyimiz brendlərin tələbinə əsasən müştərilər məhsulu geri qaytaracağı halda, 72 saatdan gec olmayaraq geri qaytarmalıdır ki, saxlama qaydasına  və tərkibindəki inqridientlərə ziyan dəyməsin.

2. Aksesuarlar və ya Geyimlər 14 gün və ya 336 saat müddətində geri qaytarıla bilər.

Diqqət: Geri qaytarılarkən məhsula heç bir kənar müdaxilə olunmamalıdır.

3. Hər hansı məhsul geri qaytarıldığı zaman çatdırılma bizim tərəfimizdən olunmuşdursa, o zaman 5 AZN- çatdırılma pulu tərəfimizdən tutulacaqdır. Çünki bu servis puludur, hansı ki, məhsulu sizə qeyd etdiyimiz vaxtda çatdırmışdıq.