Life-Sport.az

Kreatin nədir ? İnsan orqanizmində kreatin nə üçün lazımdır ?

İdman qidaları

Kreatin, bədəndə əzələ qurucusu kimi çıxış edən məşhur idman qida əlavəsidir. Kreatin haqqında hər şeyi öyrənməyin vaxtı gəldi!

Kreatin NƏDİR?

Vücudumuzda kreatin böyrəklər və qaraciyər tərəfindən istehsal olunur. Kreatinin tərkibi azotlu birləşmələrdən ibarətdir və insan orqanizmi tərəfindən də sintez olunur . Onun əsas komponentləri glisin, metionin və arginin amin turşularıdır . Kreatinin əsas üstünlüyü odur ki 95 % kreatin əzələ kütləsində konseptləşir . Əzələ quruluşunda mühüm rol oynayır .

KREATİN İNSAN ORQANİZMİNƏ NƏ ÜÇÜN LAZIMDIR ?

 

Bədən ATF -ni ( ADENOZİNTRİFOSFAT) yenidən sintez etmək üçün kreatin istifadə edir. Adenozin trifosfat (ATF) əzələləri hərəkətə gətirən üzvi bir birləşmədir. Məşq zamanı ATF molekulu ADF ( ADENOZİNDİFOSFAT) -ə qədər parçalanır və qeridə qalan molekullar enerjiyə çevrilir . Lakin insan orqanizmi özü sərbəst şəkildə kreatin sintez edə bilirsə, və ATF bərpası ciklik bir prosessdirsə məntiqi olaraq sual yaranırki : “Nəyə görə idmançılar qida əlavəsi olaraq kreatin qəbul etmək məcburiyyətində qalırlar? “ . Əsas məsələ odur ki , məşq və idman etməyən insanlarda aminoturşu çatışmamazlığı olmur .Lakin saatlarla məşq edən və zallarda gününü keçirən insanlar üçün əlavə enerji mənbəyi olaraq kreatin vacibdir ! Qida əlavəsi ilə birlikdə idmançılara həmdə pəhrizə diqqət yetirmək və məşqdən sonra orqanizm bərpası üçün , əzələ kütləsinin əmələ gəlməsi üçün xüsusi kreatin istifadəsi tətbiq etmək lazımdır . Qida əlavəsi şəklində olan kreatin mədə bağırsaq sistemi tərəfindən həzm olunmur , birbaşa qana və daha sonra əzələ hüceyrələrinə sovrulur . Bu şəkildə kreatin məşq zamanı əzələlərin dözümluluyünü artırır . Kreatin 2 növü mövcuddur : toz halı ( suya qarışdırılıb içilir ) və kapsula şəklində . İnsan orqanizminin kreatin sintez etməyinə baxmıyaraq idmançılar və aktiv məşq edənlər üçün bu kifayət deyil .

 

İdmançılar mütləq şəkildə məşqdən öncə ya məşq zamanı kreatin monohidrat qəbul etməlidirlər . Əzələ kütləsinin böyüməsi və əzələ dözümlüluyunun artımı üçün Kreatin Monohidrat güclü qida əlavəsi hesab olunur .