Life-Sport.az

Protein növləri, Whey protein, Kazein, İzolyat

İdman qidaları

Protein növləri:

  • Whey protein
  • Kazein
  • Izolyat
  • Soya proteini
  • Yumurta proteini

Whey protein nədir?

İnsanların whey proteinə üstünlük verməsinin ən əsas səbəbi, qana qarışma sürətidir. Proteinlər arasında ən sürətli şəkildə təsir göstərən protein növü whey protein`dir. Bu sayədə whey protein sizin məşqdən sonra yaranan protein ehtiyacınızı ən sürətli şəkildə təmin edəcək.

Whey protein bütün əsas amin turşulardan ibarət protein qaynağıdır. Whey protein eyni zamanda əzələ kütləsinin yaranmasında böyük rol oynayan BCAA ilə də zəngindir.

Whey protein istifadəsi

1. Səhər yuxudan qalxan kimi

Bütün gecə boyunca orqanizm proteinə ac vəziyyətdə olur. Səhər tezdən whey protein qəbulu, əzələlərinizi qidalandırır və onları günə hazır edir.

2. Məşqdən dərhal sonra

Məşqdən sonra bədəniniz katabolik vəziyyətdə olur, əzələləriniz yorğun və təcili şəkildə bərpaya ehtiyac hiss edir. Whey protein sürətli sorulması sayəsində əzələ bərpasını və böyüməsini təmin edir.

Qeyd: Məşqdən öncə bol proteinli və karbohidratlı bir yemək yeməmisinizsə, onda məşqdən 1,5 saat öncə protein içə bilərsiniz.

Ən yaxşı whey protein sənə bir klik qədər yaxın!

İzolyat nədir?

İzolyat ən sürətli həzm olunan proteinlərdən biridir və tərkibi yüksək miqdarda BCAA`dan ibarətdir. BCAA əzələlərdə sıx olaraq mövcuddur və əzələlərin inkişafı və protein sintez etməsi üçün çox vacib əhəmiyyət kəsb edir. Qısa desək, izolyat əzələlərin böyüməsinə kömək edən protein növüdür.

Bir çox izolyatların tərkibində yağ və laktoza olmadığı kimi, karbohidrat və şəkərdə demək olar ki yox səviyyəsindədir. (1 ölçü qaşığı izolyatda 25 q protein, 2-3 q karbohidrat və 0 q yağ var)

Aşağı karbohidratlı pəhriz saxlayanlar üçün izolyat ideal protein qaynağıdır.

İzolyat istifadəsi

İzolyatı məşqdən öncə və sonra istifadə etmək məsləhət görülür, çünki sürətli şəkildə qana qarışdığı üçün əzələləri lazımi qidalarla təmin edir və əzələlərin bərpasını sürətləndirərək inkişafına dəstək verir.

İzolyat faydaları

1. Əzələ kütləsini qorumağa kömək edir.

2. Sürətli bir şəkildə qana qarışır və əzələ katabolizmasının (dağılmasının) qarşısını alır.

3. Əzələ böyüməsini təmin edir.

4. Tərkibində karbohidrat və yağ faizi çox aşağı olduğu üçün, arıqlamaq istəyənlərdə əlavə çəki artımı olmadan əzələ inkişafına kömək edir.

5. İzolyatda laktozanın miqdarı çox-çox aşağı olduğu üçün laktozaya qarşı həssaslığı olan insanların protein qəbulunu asanlaşdırır.

İzolyat çeşidləri ilə "buradan" tanış ola bilərsiniz.

Kazein nədir?

Kazein süddə mövcud olan proteinin 80%-ni təşkil edir, yeri gəlmişkən digər 20% -i isə whey proteinin payına düşür. Kazein də whey protein kimi bütün əsas amin turşulardan ibarət protein qaynağıdır. Kazeinin ən üstün xüsusiyyəti isə, whey proteinin əksinə çox yavaş sorulmasıdır. Bu xüsusiyyəti sayəsində əzələləri daha uzun müddətli protein ilə təmin edir.

Kazein toz formasını "buradan" əldə edə bilərsiniz.

Kazein istifadəsi

Kazein proteinini məşqdən dərhal sonra whey protein ilə birlikdə qəbul edə bilərsiniz. Amma kazein ən yavaş sorulan(8saata) protein olduğu üçün , gecə yatmazdan öncə istifadə etmək daha  məqsədə uyğundur. Beləliklə, kazein gecə boyunca əzələlərinizin proteinsiz qalmasının qarşısını alır.

Soya proteini

Soya proteini soya paxlasından əldə edilən proteindir. Bitki tərkibli olmasına baxmayaraq, soya proteini bütün əsas amin turşulardan ibarətdir. Soya proteininin tərkibində laktoza olmadığı üçün laktozaya qarşı həssaslığı olan insanlar üçün ideal bir proteindir. Soya proteininin orqanizmdə sorulma sürəti whey proteinə nisbətdə daha yavaş, kazeinə nisbətdə isə daha sürətlidir. Soya proteinini məşqdən 1 saat öncə və ya məşqdən dərhal sonra istifadə edə bilərsiniz.

Yumurta proteini

Yumurta proteini, adından da göründüyü kimi,  yumurtanın ağında mövcuddur. Yediyimiz qidalardan əldə edə biləcəyimiz ən keyfiyyətli protein növüdür. Yumurtanın sarısı vitamin və yağlardan, ağı isə böyük nisbətdə protein və əsas amin turşulardan ibarətdir. Orqanizmdə sorulması asan və sürətlidir. Yumurtanın ağından əldə etdiyimiz proteinin miqdarının demək olar ki, hamısı orqanizm tərəfindən istifadə olunur.